Premyer Liqa: "Şamaxı" "Sumqayıt"ı məğlub edib
Misli Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
Crossmedia.az xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 78-ci dəqiqədə Karim Rossi vurub.
Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran "Şamaxı" 8-ci pillədə qərarlaşıb. Meydan sahibləri 32 xalla 6-cıdır.
Günün ilk görüşündə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı məğlub edib -2:1.
Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq.
22:45 13.03.2026
Oxunuş sayı: 47