BMT-nin Baş Assambleyasının 73-cü Sessiyasının prezidenti: Əminəm ki, WUF13 böyük uğurla keçiriləcək
Dünyada 1,1 milyard insan gecəqondularda və qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır, 300 milyon insan evsizdir. Bu o deməkdir ki, biz böyük investisiyalara və düzgün siyasi qərarlara ikiqat səylə yanaşmalıyıq.
Crossmedia.az xəbər verir ki, bu sözləri BMT-nin Baş Assambleyasının 73-cü Sessiyasının prezidenti, Ekvadorun sabiq xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Maria Fernanda Espinoza Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) həsr olunan brifinq zamanı deyib.
O bildirib ki, bu problem siyasət, investisiya, layihələndirmə və şəhər planlaşdırması sahələrində birgə qərarlar tələb edir. Bu böhran insan tərəfindən yaradılıb və buna görə də onun həlli də insan tərəfindən tapılmalıdır.
“Azərbaycanın qonaqpərvərliyinin, güclü logistika imkanlarının, Bakı şəhərinin zəngin tarixinin və mədəniyyətinin şahidi olaraq əminəm ki, Ümumdünya Şəhərsalma Forumu burada böyük uğurla keçiriləcək”, - deyə Espinoza qeyd edib.
11:36 14.03.2026
Oxunuş sayı: 40