Azərbaycan Çinin qlobal təşəbbüslərini dəstəkləyir.
Crossmedia.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey səfirlikdə keçirilən brifinqdə deyib.
Səfir bildirib ki, Azərbaycan Çin tərəfindən təklif olunan Qlobal İnkişaf Təşəbbüsü və Qlobal İdarəetmə Təşəbbüsü üzrə dostlar qruplarında fəal iştirak edir.
Onun sözlərinə görə, bütün bunlar göstərir ki, dünyanın müxtəlif ölkələrində insanlar bəşəriyyətin vahid taleyi icması konsepsiyasının əhəmiyyətini və onun gələcək inkişaf üçün istiqamətverici rolunu getdikcə daha yaxşı anlayırlar.