Mina partladı - Çoban həlak oldu
Füzuli rayonunda mina partlayıb, ölən var.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Aşağı Veysəlli kəndi ərazisində baş verib.
Məlumata görə, Ağdam rayonu sakini, 1968-ci il təvəllüdlü çoban Hacıyev Ramil Maşallah oğlu ərazidə atla hərəkətdə olarkən minaya düşüb.
Nəticədə çoban ölüb, atı isə tələf olub.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)
21:12 12.03.2026
Oxunuş sayı: 424