Azərbaycan Basketbol Liqasında XIX tura start verilib
Azərbaycan Basketbol Liqasında XIX tura start verilib.
Crossmedia.az xəbər verir ki, ilk oyun günündə B qrupunun iki qarşılaşması keçirilib.
Bu matçlarda "Ordu" "Sumqayıt"ı (121:98), "Naxçıvan" isə "Sərhdəçi"ni (83:67) məğlub edib.
Görüşlərdən biri Sumqayıt Olimpiya İdman Kompleksində, digəri Bakı İdman Mərkəzində baş tutub.
Qeyd edək ki, XIX tura martın 15-də yekun vurulacaq.
21:05 12.03.2026
Oxunuş sayı: 40