Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Baş nazir Əli Əsədov martın 12-də Azərbaycanda səfərdə olan Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Timor-Leste Prezidentinin 13-cü Qlobal Bakı Forumunda iştirakının əhəmiyyəti vurğulanıb.
Azərbaycan ilə Timor-Leste arasında beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
İki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
17:31 12.03.2026
Oxunuş sayı: 42