Qadın voleybolçular arasında yeni tura start verilib
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII tura start verilib.
Crossmedia.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
"DH Volley" kollektivi UNEC-i 3:0 (25:13, 25:15, 25:18), "Milli Aviasiya Akademiyası" isə "Gəncə"ni 3:2 (23:25, 25:19, 20:25, 25:17, 15:13) hesabı ilə üstələyib.
Oyunlar müvafiq olaraq UNEC-in və "Milli Aviasiya Akademiyası"nın idman zalında təşkil olunub.
Qeyd edək ki, Azərbaycan Yüksək Liqasında XVII tura martın 12-də yekun vurulacaq.
19:20 11.03.2026
Oxunuş sayı: 42