115 illik Azərbaycan futbolu: Qurban Qurbanov və "Qarabağ" FK-nın qürur günü
Bu il Azərbaycan futbolunun yaranmasının 115 ili tamam olur. Bu uzun müddət ərzində çox komandalar, məşqçilər, oyunçular görsək də, son illərdə ən çox diqqəti çəkən adlar aydın görünür.
Azərbaycanın ən uğurlu baş məşqçisi kimi Qurban Qurbanov göstərilir. Onun rəhbərliyi ilə “Qarabağ” həm ölkədə, həm də beynəlxalq arenada böyük nailiyyətlər əldə edib. Komanda uzun illərdir dəyişməz çempion olaraq, azarkeşlərini sevindirir.
Eyni zamanda “Qarabağ” klubu idarəetməsi, düzgün seçimləri və sabit fəaliyyəti ilə Azərbaycan futbolunda nümunəvi klub kimi tanınır. Bu 115 il ərzində ölkə futbolunda bir çox uğurlar olsa da, Qurban Qurbanov və “Qarabağ” son illərin simvolu, Azərbaycan futbolunun qüruru sayılır.

Əməkdar jurnalist, Fəxri bədən tərbiyəsi və idman işçisi Oqtay Bayramov bu barədə Crossmedia.az-a açıqlama verib:
"Son 20 ili götürsək, şübhəsiz, Qurban Qurbanov ən yaxşı məşqçidir. Neçə illərdir o, komandası ilə böyük uğurlar qazanır. Həmçinin son illərdə dəyişməz Azərbaycan çempionudur və hər il ölkənin ən yaxşı futbol məşqçisi seçilir.
Qurban Qurbanovun uğurları böyükdür. Bu illər UEFA Champions League turnirində çox böyük uğur qazandı. Liqa mərhələsini keçdi. Hətta onu da aşıb pley-offda oynadı. Bu da Azərbaycan futbolu tarixində böyük bir uğurdur. Ümid edirəm ki, gələn il bir qədər də uzağa gedib 1/8 finala da çıxar. Orada ya UEFA Europa League turnirində beynəlxalq meydanda çıxışları komandanın çox uğurludur, yaxşı qiymətləndirilir".
Oqtay Bayramov qeyd edib ki, artıq Qurban Qurbanovu da, onun komandası "Qarabağ" FK-nı da bütün Avropa tanıyır:
"Dünya tanıyır ki, Azərbaycanda belə bir məşqçi var. Ondan hətta öyrənmək olar. Uğurları böyükdür, komanda ilə birlikdə. Son illərdə "Qarabağ" FK daim Azərbaycan çempionu olur. Hər halda, gələn dəfə də liqa turnirində oynasaq yenə də böyük zəfərlərə ümid var. Bundan əlavə biz Qurban Qurbanovun rəhbərliyi altında son 20 ildə Qarabağ FK-nın böyük uğurlar qazandığını görürük.
Əgər 115 illik tarixə nəzər salsaq, bizim keçmiş SSRİ çempionatları da olub. Orada da yaxşı futbolçularımız, komandalarımız olub. Məsələn, "Neftçi" PFK SSRİ çempionatlarında çıxış edib, 1966-cı ildə bürünc medal alıb.
O vaxtın SSRİ çempionatları da çox mötəbər yarış idi. Həmin "Neftçi" PFK-nın hücumçusu Anatoli Banişevski həm öz komandası ilə birlikdə, həm də Soviet Union national football team heyətində 1966 FIFA World Cup-da çıxış edib. Həmin turnir İngiltərədə keçirilmişdi. 1966-cı ildə həm SSRİ çempionatında, həm də Dünya Çempionatında bürünc medal qazanılıb.
Futbolunun 115 illiyi bu ilin yayına təsadüf edəcək. Son illərdə öz klubunda "Qarabağ" FK kimi böyük uğurlar qazanan başqa komanda olmayıb.
Neçə illərdir, Avropa kubokları meydanında çıxış edir, həmçinin qruplara düşür. Uğurları kifayət qədərdir. İdman ictimaiyyəti dəfələrlə şahid olub ki, hər dəfə "Qarabağ" FK oynayanda Tofiq Bəhramov adına Respublika Stadionu tamaşaçılarla dolu olur.
Komanda uğurlar qazanır və futbol ictimaiyyətinin böyük rəğbətini qazanır. "Qarabağ" FK-nın indiki böyük uğurları təkcə baş məşqçinin deyil, onun ətrafındakı məşqçilər heyətinin, klub rəhbərliyinin və orada çalışan bütün insanların uğurudur. Onlar hamısı birlikdə bir sistem yaradıblar".
Müsahib son olaraq deyib:
""Qarabağ" FK birlikdə bir komanda, bir ailə kimi böyük uğurlara imza atır və Azərbaycan futbol tarixinə parlaq səhifələr yazılır".
Fatimə
15:30 11.03.2026
Oxunuş sayı: 104