Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib - Yenilənib
Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Crossmedia.az xəbər verir ki, Azərbaycan növbəti medalı əldə edib.
Zəfər Əliyev (97 kq) bürünc medal uğrunda görüşdə türkiyəli Emirhan Kılıcı məğlub edib.
Qeyd edək ki, daha əvvəl Vasif Bağırov (57 kq) və Səbuhi Əmiraslanov (79 kq) gümüş, Musa Ağayevlə (65 kq) Ramik Heybətov (70 kq) isə bürünc medal qazanıb.
22:30
Azərbaycan Serbiyada keçirilən güləş üzrə U-23 Avropa çempionatında daha bir bürünc medal əldə edib.
Crossmedia.az xəbər verir ki, Ramik Heybətov (70 kq) ukraynalı Mikita Sariyevə qalib gələrək bürünc medal qazanıb.
Qeyd edək ki, daha əvvəl Vasif Bağırov (57 kq) gümüş, Musa Ağayev (65 kq) isə bürünc medal qazanıb.
21:40
Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Crossmedia.az xəbər verir ki, Azərbaycan növbəti medalını qazanıb.
Musa Ağayev (65 kq) erməni rəqibi Arman Musikyanı məğlub edərək Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, daha əvvəl Vasif Bağırov (57 kq) gümüş medal qazanıb.(Report)
21:29
Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Crossmedia.az xəbər verir ki, Azərbaycan ilk medalını qazanıb.
Vasif Bağırov (57 kq) finalda rusiyalı Alanday Ondara məğlub olaraq gümüş medala sahib çıxıb.
Qeyd edək ki, U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.(Report)
23:00 10.03.2026
Oxunuş sayı: 60