Avtomobil aşdı: 5 nəfər XƏSARƏT ALIB
Şəmkirdə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Nissan”markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza zamanı 2005-ci il təvəllüdlü Nağıyeva Rəşidə Rəşid qızı, 1991-ci il təvəllüdlü Zeynalov Rəşad Şahmalı oğlu, 1984-cü il təvəllüdlü Zeynalov Toğrul Şahmalı oğlu, 2011-ci il təvəllüdlü Zeynalov Ramal Vasif oğlu və sürücü 1984-cü il təvəllüdlü Zeynalova Ülviyyə Şərafət qızı xəsarət alıblar.
Yaralılardan 4-ü evə buraxılıb, bir nəfərin müalicəsi Şənkir Rayon Mərkəzi Xəstəxanasında davam edir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
22:20 08.03.2026
Oxunuş sayı: 53