Azərbaycan Basketbol Liqasında XVIII tura yekun vurulub
Azərbaycan Basketbol Liqasında XVIII tura yekun vurulub.
Crossmedia.az xəbər verir ki, turun sonuncu qarşılaşmasında "Neftçi" ilə "Gəncə" kollektivi üz-üzə gəlib.
Sərhədçi İdman Mərkəzində baş tutan qarşılaşma Bakı klubunun 76:72 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Sumqayıt" "Quba"nı (117:116), "Sərhədçi" "Ordu"nu (70:67), "Naxçıvan" "Lənkəran"ı (104:73), "Sabah" "Şəki"ni (102:82), "Abşeron Lions" isə NTD-ni (107:88) məğlub edib
20:24 08.03.2026
Oxunuş sayı: 57