“İstedadların seçimi” cüdo turnirinin II turu başa çatıb
Martın 8-də U-17 yeniyetmələr arasında keçirilən “İstedadların seçimi” cüdo turnirinin II turu yekunlaşıb. Yarış Abşeron Olimpiya İdman Kompleksində təşkil olunub.
Crossmedia.az xəbər verir ki, turnirdə 64 klub və idman cəmiyyətindən ümumilikdə 265 idmançı (222 oğlan, 43 qız) iştirak edib. Son yarış günündə 8 çəki dərəcəsində 134 cüdoçu tatamiyə çıxaraq medallar uğrunda mübarizə aparıb. Qızlar -44 kq, -52 kq, -63 kq və +70 kq, oğlanlar isə -55 kq, -66 kq, -81 kq və +90 kq çəki dərəcələrində qüvvələrini sınayıblar.
Turnirin keçirilməsində əsas məqsəd milli komanda üçün sağlam ehtiyat bazasının formalaşdırılması, perspektivli idmançıların üzə çıxarılması və gələcək yığma üzvlərinin müəyyənləşdirilməsidir.
İki turun yekun reytinq sıralamasına əsasən, hər çəki dərəcəsində ilk dörd pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaqlar.
Qızlar üzrə nəticələr
-44 kq
Ləman Niftəliyeva (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
Ayşən Hüseynzadə (Qara Bəbir Sumqayıt)
Zəhra Rzazadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
-52 kq
Nazlı Səfərli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
Gülnarə Qasımova (Şahin 313 İK)
Zəhra Seyidzadə (RKİM)
İlahə Xəlilova (RKİM)
-63 kq
Nəzakət Vəliyeva (Qədiroğlu İK)
Nəzrin Məmmədova (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
Lalə Yadigarlı (Neftçi Sumqayıt)
Mələk Nəcəfova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
+70 kq
Dəniz Həbibli (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
Zəhra İbadova (Neftçi İK)
Oğlanlar üzrə nəticələr
-55 kq
Fərid Xudiyev (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
Ülvi Əlizadə (Sumqayıt şəhəri İOEUGİM)
Hüseyn Məmmədov (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
Yusif Yusifzadə (Şuşa UGİM)
-66 kq
Hüseyn Şıxəliyev (Sərhədçi İM)
Fərid Həsənli (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
İsmayıl Quluyev (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
Dünyamalı Asdanlı (Judo Club 2020 İK)
-81 kq
Ayxan Həsənli (Neftçi İK)
Ömər Atayev (Judo Club 2012)
İslam Adıgözəlzadə (Elxan İK)
Harun Ataşov (Neftçi Sumqayıt)
+90 kq
Ruslan Kazımov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
Hüseyn Mehdiyev (ROİL)
Şükür Nadirli (Sərhədçi İM)
Əbəlfəz Yaqubzadə (DİN İC)
19:26 08.03.2026
Oxunuş sayı: 53