Jalə Əliyeva: "Böyüklər arasında da Avropa və dünya çempionu olmaq istəyirəm"
Azərbaycanın qadınlardan ibarət güləş millisinin lideri, U-23 dünya və Avropa çempionu Jalə Əliyeva böyüklər arasında da Avropa, dünya və olimpiya çempionu olmaq istəyir.
Crossmedia.az xəbər verir ki, güləşçi bu barədə Azərbaycan Güləş Federasiyası tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə hazırlanan videomaterialda danışıb.
O, güləş karyerasına necə başladığından üzləşdiyi çətinliklərdən, qazandığı uğurlardan və gələcək hədəflərindən danışıb.
"2022-ci ildə U-23 Avropa çempionu oldum. Bu yarış mənə çox motivasiya verdi. Qarşıma məqsəd qoymuşdum ki, dünya çempionu olmalıyam. 2024-cü ildə U-23 dünya çempionu olarkən çəkdiyim əziyyətlər, aldığım zədələr yadıma düşmürdü. Həmin an özümü göylərdə hiss edirdim. Bayrağın dalğalanması, himnin səslənməsi… Özümü çox xoşbəxt hiss edirdim", - o qeyd edib.
J. Əliyeva bildirib ki, əldə etdiyi nəticələrlə kifayətlənmək niyyətində deyil:
"Böyüklər arasında da Avropa və dünya çempionu, həmçinin olimpiya çempionu olmaq istəyirəm. Gələcək nəsilə örnək olmaq istəyirəm. Əlimdən gələni edəcəyəm ki, Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil edim".
Daha ətraflı videoda:
14:30 08.03.2026
Oxunuş sayı: 63