Tramp: İranın sərhədləri münaqişədən sonra dəyişə bilər
ABŞ prezidenti Donald Tramp mövcud qarşıdurma başa çatdıqdan sonra İranda ərazi sərhədlərinin dəyişə biləcəyini istisna etməyib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Jurnalistin “Münaqişə bitdikdən sonra İranın xəritəsi əvvəlki kimi olacaqmı?” sualına cavab olaraq Tramp dəqiq rəy verə bilməyəcəyini, lakin dəyişikliklərin mümkünlüyünü bildirib.
“Bunu sizə deyə bilmərəm. Ola bilsin ki, yox”, — deyə o bildirib.
13:09 08.03.2026
Oxunuş sayı: 172