Bakıda yük maşını ilə avtobus toqquşub, yaralı var
Bakının Sulutəpə qəsəbəsində, Dəyirman yolu adlanan ərazidə yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə zamanı yük maşını ilə sərnişin avtobusu toqquşub. Qəza nəticəsində bir nəfərin yaralandığı bildirilir.
Hazırda hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralıya ilkin tibbi yardım göstərilir.
Qəzanın başvermə səbəbləri araşdırılır.
Türkan Kərimli
07:52 06.03.2026
Oxunuş sayı: 612