Virciniya ştatında Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib
ABŞ-nin Virciniya ştatının Feyrfaks və ətraf şəhərlərində Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı məlumatlandırma aksiyası keçirilib.
Crossmedia.az xəbər verir ki, Virciniya Azərbaycan Evinin təşkilatçılığı ilə “CAN” Könüllülük və İnkişaf Proqramının üzvləri üzərində “Xocalıya ədalət!” (“Justice for Khojaly!”) yazılan geyimlərdə yerli ictimaiyyətə məlumatlandırıcı flayerlər paylayıb, soyqırımı haqqında məlumat veriblər.
Məlumat üçün bildirək ki, "CAN" Könüllülük və İnkişaf Proqramı Virciniyada fəaliyyət göstərən Azərbaycan Evi tərəfindən istedadlı və həvəsli şəxsləri təşviq etmək məqsədilə yaradılıb. Proqram, həmçinin diaspor fəaliyyəti, icma layihələri və şəxsi inkişaf sahəsində təcrübə qazanmaq imkanı təqdim edir.
19:41 04.03.2026
Oxunuş sayı: 467