Zaxarova: Dövlət Departamentinin dini azadlıqla bağlı hesabatında nə yazılacaq?
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Dövlət Departamentinin beynəlxalq dini azadlıqlarla bağlı növbəti hesabatında nələrin əks olunacağı ilə maraqlandığını bildirib.
Crossmedia.az "TASS"-a istinadən xəbər verir ki, onun sözlərinə görə, İranın Ali Lideri Əli Xameneinin vəfatından sonra bu məsələ xüsusi diqqət kəsb edir.
Zaxarova Telegram kanalında yazıb: “ABŞ Dövlət Departamentinin dünyadakı dini azadlıqla bağlı vəziyyətə dair növbəti hesabatını oxumaq maraqlı olacaq”.
Bundan əvvəl İran dövlət televiziyası ölkənin ali liderinin vəfat etdiyini təsdiqləmişdi. Fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyata başladığı, İranın böyük şəhərlərinin, o cümlədən Tehranın vurulduğu bildirilir. Ağ Ev hücumları İrandan gələn raket və nüvə təhdidləri ilə əsaslandırıb.
İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı elan edib. İrandan raket və pilotsuz uçuş aparatlarının buraxıldığı, Təl-Əviv ərazisində hava hücumu siqnallarının səsləndiyi qeyd olunur. Mehr agentliyinin məlumatına görə, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi bazalarına da zərbələr endirilib.
15:39 01.03.2026
Oxunuş sayı: 449