İranla Türkiyə ABŞ və İsrailin hücumlarını müzakirə etdi
İranın xarici işlər naziri Abbas Əraqçı türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı aparıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Danışıqlar zamanı Əraqçı ABŞ və İsrailin İrana qarşı hərbi təcavüzünü və bu səhər Minab şəhərində ibtidai məktəbə hücumu, günahsız qız şagirdlərin öldürülməsini pisləyib.
O, bu addımları BMT Nizamnaməsinin prinsiplərinə zidd və beynəlxalq sülhə qarşı açıq cinayət hesab edib, İranın ölkəni müdafiə etmək hüququnu vurğulayıb.
İranın bölgədə dost qonşuluq siyasətini davam etdirdiyini qeyd edən Əraqçı, ABŞ və İsrailin hərbi təzyiqlərinin yalnız İran xalqına deyil, bütün region və müsəlman dövlətlərinə qarşı olduğunu bildirib.
Müsəlman ölkələrin sionist planlarına qarşı tarixi məsuliyyətlərini yerinə yetirməli olduqlarını vurğulayıb.
19:55 28.02.2026
Oxunuş sayı: 507