İsrail ordusu genişmiqyaslı zərbənin başa çatdığını açıqlayıb
İsrail Müdafiə Ordusu İrana qarşı həyata keçirilən genişmiqyaslı zərbənin başa çatdığını bəyan edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Bildirilir ki, zərərin qiymətləndirilməsi və əlavə kəşfiyyat məlumatlarının toplanmasından sonra yeni zərbələr seriyası həyata keçirilə bilər.
ABŞ isə öz əməliyyatlarının başa çatması ilə bağlı açıqlama verməyib.
19:50 28.02.2026
Oxunuş sayı: 549