Bu gün bürcləri nələr gözləyir?
28 fevral şənbə günü üçün gündəlik bürc şərhləri türkiyəli astroloq Rümeysa Ergüden tərəfindən hazırlanıb. Günün astroloji təsirləri xüsusilə daxili gərginlik, dəyişiklik ehtiyacı və ani reaksiyalar mövzularını ön plana çıxarır. Günəş Balıqlar bürcündə Şimal Ay Düyünü ilə uyğunlaşaraq şəxsi inkişaf, şəfqət və anlayışın artması üçün imkanlar yaradır.
Bununla yanaşı, Mars ilə Uran arasında yaranan gərgin bucaq impulsiv davranışlara, tələskən qərarlara və gözlənilməz reaksiyalara səbəb ola bilər. Mütəxəssislər bu təsir altında riskli addımlardan çəkinməyi, emosiyaları nəzarətdə saxlamağı tövsiyə edirlər. Merkurinin hərəkətə başlaması və Venera ilə yaxınlaşması isə günün ikinci yarısında münasibətləri, duyğuları və keçmiş mövzuları daha dərindən analiz etməyə şərait yaradır.
Qoç: Maliyyə və şəxsi dəyərlərlə bağlı mövzularda tələskən davranmamaq vacibdir. Dəyişiklik istəyi güclü olsa da, düşünülmüş addımlar daha faydalı nəticə verəcək.
Buğa: Kənardan gələn təzyiqlər gərginlik yarada bilər. Hədəfləri yenidən nəzərdən keçirmək və qısa fasilə vermək müsbət təsir göstərəcək.
Əkizlər: Dəyişmək istəyi ilə daxili tərəddüdlər toqquşa bilər. Ani qərarlardan uzaq durmaq və öz ehtiyaclarını anlamağa çalışmaq tövsiyə olunur.
Xərçəng: Münasibətlərdə məsafə və yaxınlıq mövzuları gündəmə gələ bilər. Emosional tarazlığı qorumaq yanlış anlaşılmaların qarşısını alacaq.
Şir: İş və karyera sahəsində fikir ayrılıqları mümkündür. Qarşıdurmalar sonradan yeni və daha yaxşı yanaşmaların yaranmasına səbəb ola bilər.
Qız: Sağlamlıq və işlə bağlı gərginliklər hiss oluna bilər. Planlarda yaranan dəyişikliklər əslində xeyrinizə işləyə bilər.
Tərəzi: Yaradıcı və şəxsi mövzularda dəyişiklik qaçılmazdır. Tələsmədən, planlı şəkildə irəliləmək daha düzgün olacaq.
Əqrəb: Ev və ailə mövzularında sürprizlər mümkündür. Elastik davranmaq və dəyişikliklərə açıq olmaq önəmlidir.
Oxatan: Şəxsi maraqlarla gündəlik məsuliyyətlər arasında tarazlıq qurmaq vacibdir. Düşünülməmiş addımlar əks nəticə verə bilər.
Oğlaq: Günün ilk yarısı qarışıq keçə bilər, lakin ünsiyyət və öyrənmə sayəsində vəziyyət aydınlaşacaq.
Dolça: Dəyişiklik ehtiyacı güclüdür, amma səbrli olmaq lazımdır. Özünü ifadə etməyin yeni yolları açıla bilər.
Balıq: Günün əvvəlində qarışıqlıq hissi artsa da, axşam saatlarında ilham və aydınlıq qazanmaq mümkündür.
Astroloqlar bildirir ki, bu gün üçün əsas açar sözlər səbr, özünü dərk və ani qərarlardan çəkinməkdir.
Fatimə Məmmədova
00:05 28.02.2026
Oxunuş sayı: 693