Rusiyada miqrantlara yeni tələblər: ailə üzvləri üçün əlavə ödəniş və minimum gəlir şərti
Rusiya hökuməti əmək patentləri ilə bağlı yeni dəyişikliklər təklif edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, əgər patent sahibi olan şəxsin Rusiya ərazisində yaşayan yetkinlik yaşına çatmamış övladları və ya himayəsində olan şəxslər varsa, o zaman hər biri üçün dövlət büdcəsinə əlavə ödəniş edilməlidir. Bu ödəniş patent sahibinin ödədiyi məbləğin 50 faizi həcmində olacaq.
Bundan başqa, belə şəxslərin övladları 18 yaşa çatdıqdan sonra ya öz adlarına əmək patenti rəsmiləşdirməli, ya da ölkədə qalmaq üçün başqa qanuni əsasları olmadığı təqdirdə Rusiyanı tərk etməlidirlər.
Eyni zamanda, Nazirlər Kabineti miqrantlara yaşayış minimumundan aşağı gəlir olduqda əmək patentinin verilməsinin və ya müddətinin uzadılmasının qadağan edilməsini nəzərdə tutan qanun layihəsini parlamentin aşağı palatasına təqdim edib.
22:10 21.02.2026
Oxunuş sayı: 623