Azərbaycanlı bacı-qardaş Dünya Kubokunun finalında!
Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun təsnifat mərhələsində azərbaycanlı idmançılar final mərhələsinə adlayıblar.
Crossmedia.az xəbər verir ki, Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, kişilər arasında fərdi yarışlarda Maqsud Mahsudov, qadınlar arasında fərdi yarışlarda isə Selcan Mahsudova finala vəsiqə qazanıblar.
Qeyd edək ki, onlar bacı-qardaşdır.
19:51 21.02.2026
Oxunuş sayı: 648