Ötən ay avtomobil nəqliyyatı ilə 150 milyona yaxın sərnişin daşınıb
Bu ilin yanvar ayında Azərbaycanda avtomobil nəqliyyatı ilə 10 milyon 794,7 min ton yük, 149 milyon 36,1 min sərnişin daşınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 572,4 min ton və ya 5,6 % və 10 milyon 876,3 min sərnişin və ya 7,9 % çoxdur.
Hesabat dövründə 142 milyon 860,1 min sərnişin avtobusdan istifadə edib. Bu, 2025-ci il ilə müqayisədə 10 milyon 582,2 min nəfər və ya 8 % çoxdur.
19:17 21.02.2026
Oxunuş sayı: 553