Azərbaycan və Pakistanın XİN başçıları bir sıra məsələləri müzakirə ediblər
Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın xarici işlər baziri Ceyhun Bayramovla ikitərəfli əməkdaşlığı, regional və beynəlxalq inkişafları, o cümlədən hər iki nazirin qatıldığı, Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasını müzakirə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.
Nazirlər qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə sıx əlaqələndirməni davam etdirmək barədə razılığa gəliblər.
20:55 21.02.2026
Oxunuş sayı: 621