Cəlilabadda ev yanıb
Cəlilabad rayonunun Buravar kəndində iki yaşayış evi yanıb.
Crossmedia.az xəbər verir ki, kənd sakini Abdullayev Amil Əliağa oğluna məxsus iki mərtəbəli evdə qeydə alınıb. Qəfil başlayan yanğın qısa müddətdə bütün otaqlara yayılıb.
Hadisə yerinə Yardımlı və Cəlilabad rayonlarından canlı qüvvə və texnika cəlb olunub. Lakin ev tamamilə yanaraq yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
21:22 21.02.2026
Oxunuş sayı: 682