Azərbaycan ilk dəfə sumo çempionatına ev sahibliyi edəcək
Azərbaycan ilk dəfə Dünya Sumo Çempionatına ev sahibliyi edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Yaponiyanın milli bayramı - İmperator Naruhitonun doğum gününə həsr olunmuş rəsmi qəbulda bildirib.
O qeyd edib ki, "İdman sahəsində əməkdaşlığımız yeni səviyyəyə çatır - tarixdə ilk dəfə olaraq Azərbaycan bu ilin oktyabr ayında Dünya Sumo Çempionatına ev sahibliyi edəcək ki, bu da idman əlaqələrimizin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək".
20:49 20.02.2026
Oxunuş sayı: 659