AFFA Hakimlər Komitəsinin tərkibi formalaşıb
AFFA Hakimlər Komitəsinin tərkibi formalaşıb.
Crossmedia.az xəbər verir ki, bu barədə qərar AFFA İcraiyyə Komitəsinin növbəti iclasında verilib.
Qərara əsasən, Asim Xudiyev, Şahin Cəfərov və Elçin Səmədli yekdilliklə komitənin yeni üzvləri təyin olunublar.
Eyni zamanda Misli Premyer Liqası hakimləri üçün nəzərdə tutulan yeni bonus sistemi baş katib Cahangir Fərəcullayev tərəfindən təqdim olunub.
Bu sistemin hakimlərin fəaliyyətinin stimullaşdırılmasına və oyunlarda idarəçiliyin keyfiyyətinin artırılmasına xidmət edəcəyi bildirilib. Təklif olunan sistem İcraiyyə Komitəsinin üzvlərinin səsverməsi ilə təsdiq edilib.
20:12 19.02.2026
Oxunuş sayı: 522