Azərbaycandan Ukraynaya növbəti yardım
Azərbaycan Ukraynaya 31 generator və 2 avtomatik ehtiyat qoşulma sistemindən ibarət növbəti humanitar yardım partiyası göndərib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, avadanlıq Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin bölmələrinə, Rusiyanın hücumlarından zərər çəkmiş xəstəxana və bölgələrə təhvil veriləcək.
Səfir qeyd edib ki, bu gün Milli Məclisin deputatı, Ukrayna ilə parlamentlərarası dostluq qrupunun sədri Əlibala Məhərrəmzadə ilə görüşüb.
"Görüş zamanı Azərbaycana və bu vacib və son dərəcə zəruri təşəbbüsdə iştirak edən hər kəsə minnətdarlığımı bildirdim. Yardım biganə olmayan Azərbaycan şirkətlərinin və vətəndaşlarının dəstəyi sayəsində mümkün olub", - o vurğulayıb.
19:55 20.02.2026
Oxunuş sayı: 627