Əvəzedicilər liqası ləğv edilir? - Qurban Qurbanovdan etiraz
Ötən gün keçirilən AFFA İcraiyyə Komitəsinin iclası yenə qalmaqallı müzakirələrlə gündəmə gəlib.
Crossmedia.az xəbər verir ki, bu dəfə əvəzedicilər liqasının ləğvi əsas mövzu olub.
Ümumiyyətlə, bununla bağlı əvvəllər də müzakirələr gedib. Bəzi klublar öncə də əvəzedicilər liqasının ləğv edilməsinə istəyiblər. İcraiyyə Komitəsi isə dünən bu məsələyə yenidən baxıb. Maraqlıdır ki, son qərarın verilməsi Klublar Komitəsinə həvalə edilib.
Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvindən sonra əvəzedicilər çempionatının da ləğvi böyük problemlərə yol aça bilər. Çünki yerli futbolçuların əksəriyyəti məhz bu liqada çıxış edirlər. Hansı ki, klublarda əsas heyətə düşməyən oyunçular ikinci komandalarla meydana çıxıb təcrübə qazanırlar.
Uzun müddət sonra İK iclasına qayıdan Qurban Qurbanov da buna etiraz edib. O, əvəzedicilər liqasının ləğvinin problemlər yaradacağını bildirib. Necə ki, Q.Qurbanov limit ləğv edilərkən də verilən qərardan narazı idi və məhz ondan sonra İK-nın iclaslarına qatılmağı dayandırmışdı.
23:58 20.02.2026
Oxunuş sayı: 471