Ağdamda məktəbdə tədris prosesinə başlanılıb
Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə təqribən 33 ildən sonra tədris prosesi bərpa olunub.
Crossmedia.az xəbər verir ki, məktəbin binası işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində inşa olunub.
Qeyd edək ki, Prezidenti İlham Əliyev ötən il iyulun 18-də 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.
Təhsil müəssisəsində 43 sinif otağı, 16 inzibati otaq, 7 otaqdan ibarət STEAM mərkəzi, müasir texnoloji avadanlıqlarla təchiz edilmiş fizika, kimya və biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hazırlıq otaqları, kitabxana və muzey fəaliyyət göstərir.
Bununla yanaşı, məktəbdə 352 yerlik yeməkxana, 468 yerlik akt zalı, iki qapalı idman zalı, həmçinin açıq havada futbol və basketbol meydançaları müəllim və şagirdlərin istifadəsinə verilib.(Report)
17:45 16.02.2026
Oxunuş sayı: 459