Bakıda yeni metrostansiya istifadə verilir
Paytaxtın metro sistemi ilə bağlı gözləntilər səngimir. Uzun müddətdir gündəmdə olan yeni metro stansiyalarının açılması, mövcud xətlərdə aparılacaq təmir və genişləndirmə işləri paytaxt sakinlərinin diqqət mərkəzindədir. Sərnişinlər metro infrastrukturunda hansı dəyişikliklərin ediləcəyini və bu proseslərin nə vaxt reallaşacağını maraqla gözləyirlər.
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Crossmedia.az-a açıqlamasında mövzuya aydınlıq gətirib:

"Bakı şəhərində metro xətlərinin- yeni stansiyaların hansı istiqamətdə olacağı müəyyən bir struktur çərçivəsində həyata keçiriləcək. Bunlar bənövşəyi xəttin davamı və digər şəhər mərkəzi ilə birləşdiriləcək konsepsiyalar əsasında reallaşdırılacaq. Bu qısa zamanda 1 saylı şəhər klinik xəstəxanasının yanı - Cəlil Məmmədquluzadə küçəsində inşa olunan, yeni açılışı gözlənilən metro xətti olacaq. Bundan əlavə, "Nizami" metrostansiyasında keçidin təmin olunması, Sahil metrostansiyası yaxınlığında, Ağ şəhərdə, 8 noyabr küçəsi boyunca stansiyaların inşası nəzərdə tutulur. Sonra "Dərnəgül" metrostansiyasının gələcəkdə depolanması, yəni,depo məntəqəsinin inşası-bütün bu konsepsiyaların yaxın zamanda yekunlaşacağı və 2040-cı ilə qədər daha bir neçə metrostansiyasının təhvil veriləcəyi proqnozlaşdırılır".
Ekspert bunların hər birinin metronun inkişaf konsepsiyasında göstərildiyini qeyd edib:
"Bu gün metrostansiyasıyalarının yeni xətlərinin təşkil olunması, onların konsepsual həllinin inkişafı da xüsusi bir töhfədir. Ona görə də biz bu kimi amilləri mütləq nəzərə almalıyıq".
Fatimə Məmmədova
11:35 16.02.2026
Oxunuş sayı: 933