Azərbaycan və Çin arasında yeni təhsil mərhələsi – Birgə universitet yaradıla bilər
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində sözügedən ölkənin təhsil nazirinin müavini Ren Youqun ilə görüşü baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər süni intellekt, ümumi təhsil sahəsində nəzərdə tutulan yeni təşəbbüslər, o cümlədən ali təhsil sahəsində birgə universitetin yaradılması imkanı da daxil olmaqla, bir sıra əməkdaşlıq istiqamətləri üzərində ətraflı fikir mübadiləsi aparıb.
09:59 13.02.2026
Oxunuş sayı: 331