Netanyahu: İranla razılaşma ehtimalı çox şübhəlidir
İsrail Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın İranla iş aparmaq təcrübəsini yüksək qiymətləndirdiyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
O əlavə edib ki, Trampın şərtləri İranla müsbət razılaşma üçün təməl yaradır.
Lakin razılaşmanın əldə olunması ehtimalına şübhə ilə yanaşır.
Netanyahu vurğulayıb ki, potensial razılaşma yalnız nüvə məsələsini deyil, həm də İranın ballistik raket proqramı və dəstəklədiyi proksi qrupların fəaliyyətini əhatə etməlidir.
O, həmçinin Trampla Qəzza və digər regional məsələləri müzakirə edib.
23:52 12.02.2026
Oxunuş sayı: 422