“Sağlam Düşüncə” təşkilatının yubiley tədbiri keçirilib
“Sağlam Düşüncə” Gənclər Təşkilatının 20 illik fəaliyyətinə həsr olunmuş hesabat, mükafatlandırma mərasimi və yubiley tədbiri keçirilib.
Crosssmedia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rəsmi hissədə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov təşkilatın 20 il ərzində gənclər sahəsində həyata keçirdiyi fəaliyyətləri yüksək qiymətləndirərək gələcək fəaliyyətində uğurlar arzulayıb. Milli Məclisin deputatları Şahin Seyidzadə və Elnarə xanım Akimova çıxışlarında təşkilatın gənclərin formalaşmasına və ictimai fəallığının artırılmasına verdiyi töhfələri vurğulayıblar.
Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov isə uğurlu əməkdaşlıq əlaqələrinin və birgə həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib.
Tədbir çərçivəsində təşkilatın 20 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Sonda fəaliyyətlərdə aktiv iştirak edən və dəstək göstərən qurumlara təşəkkürnamələr təqdim edilib. Tədbir yubiley tortunun kəsilməsi və xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
19:31 12.02.2026
Oxunuş sayı: 424