Cənubi Qafqaz Boru Kəmərinə milyonlarla dollar xərclənib- Açıqlandı
2025-ci ildə Cənubi Qafqaz Boru Kəməri (CQBK) üzrə xərclər təqribən 109 mln. ABŞ dolları səviyyəsində olub.
Crossmedia.az BP-nin Azərbaycanda fəaliyyətinə dair 2025-ci ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, ötən il CQBK üzrə əməliyyat xərcləri təqribən 71 milyon dollar , əsaslı xərclər isə təxminən 38 milyon dollar olub.
Xatırladaq ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
19:22 12.02.2026
Oxunuş sayı: 688