Müəllimlərin maaş artımı ilə bağlı ŞAD XƏBƏR
Müəllimlərin ən çox diqqətini çəkən məsələlərdən biri maaşla bağlıdır. Dərs yükü, əlavə hazırlıqlar, sənədləşmə işləri və şagirdlərlə bağlı məsuliyyət müəllim peşəsinin məsuliyyətini daha da artırıb. Bu zəhmətin qarşılığında verilən əməkhaqqının artması onların əsas gözləntilərindəndir.
Son dövrlərdə aparılan islahatlar isə bu sahədə müəyyən ümidlər yaradıb. Təhsil sistemində edilən dəyişikliklər fonunda müəllimlərin maaşlarının artırılması gündəmə gətirilib. Məqsəd müəllim əməyinə verilən dəyəri yüksəltmək, onların sosial rifahını yaxşılaşdırmaq və təhsilin keyfiyyətinə müsbət təsir göstərməkdir. Gözləntilər ondan ibarətdir ki, bu dəyişikliklər müəllimlərin üzləşdiyi uzunmüddətli problemlərin aradan qaldırılmasına doğru real addım olsun.
Bu barədə Crossmedia.az-a danışan iqtisadçı ekspert Vüqar Orucun sözlərinə görə, son illər müəllimlərin maaşında artım dinamikası müşahidə olunur: "Prosses mərhələli şəkildə davam edəcək. Bu onunla bağlıdır ki, full time prinsipi tətbiq olmayacaq və belə olduğu halda müəllim bütün iş prinsipi ərzində tədris müəssisəsində olacaqsa daha yüksək əməkhaqqı alacaq. Eyni zamanda, hazırda sertifkatlaşma lahiyələri tətbiq olunur ki, bu da məhz müəllimlərin bacarıq və tədris keyfiyyətlərinin yüksəldilməsinə hesablanıb. Bu lahiyələrdə iştirak edən müəllimlər hesablamalara görə, təqribən 10-15 %, bəzi hallarda hətta 30-35 % daha yüksək əməkhaqqı almaq imkanına malik olurlar. Qeyd olunan artım dinamikası hazırda digr sektorlarda o qədər də özünü göstərmədiyi halda müəllimlərin əməkhaqlarında özünü göstərir. Əslində bu dinamika gələcəkdə daha sürətlə inkişaf edəcək. Çünki cəmiyyətin inkişafı, təhsili və tərəqqisi üçün ən vacib hissələrdən biri ilkin və sonrakı təhsil sistemidir. Bunun nəticəsində mütəxəssislərin hazırlanması, cəmiyyətdə təqdim olması, ötürülməsi prossesi baş verir".

Mütəxəssis hesab edir ki, əvvəlki illərlə müqayisədə müəllimlərin əməkhaqqı məbləğində baş verən artım dinamikası onların daha keyfiyyətli tədris işini həyata keçirməsinə şərait yaradacaq: "Bundan əlavə, getdikcə repetitor fəaliyyətinin zərurət təşkil etmədiyi bir cəmiyyətə qədəm qoyacağıq. Çünki, repetitor fəaliyyətinə o zaman ehtiyac olur ki, normal təhsil prossesində şagird ona yetərli təhsil almaq imkanı verən bilgini əldə edə bilmir və əlavə təhsilə ehtiyac duyur. Əməkhaqlarının artımı sisteminin tətbiqi ilə isə əlavə təhsilə, repetitor fəaliyyətinə ehtiyac olmayacağı bir şərait yaradacaq. Bu da təbii ki, təhsilin səviyyəsini yüksəldib, inkişafını təmin edəcək. Repetitor fəaliyyətinin getdilcə sıradan çıxarılmasının ən vacib elementlərindən biri də odur ki, əməkhaqqınının artım dinamikasının təmin edilməsi ilə bərabər həm də full time sisteminə keçidin baş verməsidir. Bu da müəllimlərin daha çox öz işinə diqqətini yönəltməsi, şagirdlərin təhsilinim biznes xarakteri deyil də sosial ictimai əhəmiyyət daşıması önəm kəsb edəcək. Son dövrlərdə aparılan islahatlar insanların çoxcan gözlədiyi islahatlardır".
Fatimə Məmmədova
11:40 12.02.2026
Oxunuş sayı: 706