İxtiraçılara ŞAD XƏBƏR: Patent müraciətləri tam elektron oldu
Azərbaycandan olan iddiaçılar ixtira və sənaye nümunələri üçün sənədləri elektron qaydada Avrasiya Patent İdarəsinə birbaşa təqdim edə biləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Avrasiya Patent İdarəsinin dəstəyi ilə Avrasiya iddia sənədlərinin elektron formada verilməsi xidmətini istifadəyə verilib və Əqli Mülkiyyət Agentliyinin PƏNAH (Patent və Əmtəə Nişanlarına Açıq Hədəf) elektron informasiya sisteminə inteqrasiya olunub.
Vurğulanıb ki, yeni xidmətin tətbiqi iddiaçıların müracət etməsini asanlaşdırır, ekspertlərin iş yükünü ciddi şəkildə azaldır və fəaliyyətini sürətləndirir. Eyni zamanda xidmət Avrasiya iddia sənədlərinin işlənməsi prosesini daha sürətli və effektiv edir, hüquqi prosedurları sadələşdirir, iddiaçıların müraciətlərini daha tez və dəqiq qiymətləndirməsinə imkan verir, bürokratik əngəlləri aradan qaldıraraq şəffaflığı təmin edir və ixtira fəallığını artırır.
13:35 11.02.2026
Oxunuş sayı: 561