Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında Rusiya–Ukrayna münaqişəsinin həlli üzrə danışıqların ikinci günü start götürüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov “Telegram” kanalında məlumat verib.
Umerov bildirib ki, tərəflər əvvəlki gün olduğu kimi eyni formatda işləyirlər: üçtərəfli məsləhətləşmələr, işçi qrupların görüşləri və daha sonra mövqelərin sinxronlaşdırılması. Onun sözlərinə görə, əldə olunan nəticələr yekunlaşdıqdan sonra ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, dünən Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Ukrayna, Rusiya və ABŞ-nin texniki nümayəndə heyətləri arasında danışıqların ikinci raundunun ilk günü keçirilib.