Azərbaycan alimlərinin növbəti uğuru
Böyük Britaniyanın ”Universities and research institutions” elmi mərkəzinin nüfuzlu elmi jurnalında Bakı Dövlət Universiteti alimlərinin yeni, elmi məqaləsi çap olunub. Beynəlxalq reytinqinə görə Q1 kateqoriyasına daxil olan bu jurnalda Bakı Dövlət Univetrsitetinin dosenti P.Kazimi, dosent S.Xələfova və dosent Z.Rzayevanın “A BIBLIOGRAPHIC APPROACH TO THE STUDY OF THE LEGACY OF FERDOWSI” (Ə.FİRDOVSİ İRSİNİN ÖYRƏNİLMƏSİNƏ BİBLİOQRAFİK YANAŞMA) adlı məqaləsi yer alır. (Kazimi, P. F. O., Khalafova, S., & Tofiq, R. Z. (2026). A Bibliographic Approach to the Study of the Legacy of Ferdowsi . Journal of Posthumanism, 6(2), 101–108. https://doi.org/10.63332/joph.v6i2.3954)
Məqalənin xülasəsində deyilir: - “Son illərdə Ə. Firdovsinin ədəbi irsi İran İslam Respublikasında "siyasi konsepsiya" çərçivəsində yenidən aktual məsələyə çevrilib. Ənənəvi mənbələrin onu tarixi şəxsiyyət və ədəbi kimlik olaraq deyil, etnik qrupun "mədəni pasportu" kimi təqdim etməsi həm tarixi mənbələrin manipulyasiyası, həm də mifologiyanın mədəni və tarixi inkişafdakı rolunun təhrif edilməsidir.
Firdovsinin yaradıcılığı ilə bağlı tədqiqatların çoxunun İrandan kənarda aparıldığını və daha elmi hesab edildiyini nəzərə alsaq, müxtəlif tarixi dövrlərdə yazılmış və çap olunmuş nüsxələrin biblioqrafik təhlili vacibdir. İmprovizasiya və mifologiyanın əhəmiyyətli elementləri klassik İran ədəbiyyatında şəxsiyyətlərin həyat səhnələrində və əsərlərində geniş şəkildə əks olunduğundan, bu mövzunu müqayisəli tarixi yanaşmadan istifadə edərək dövrün sosiomədəni kontekstində araşdırmaq vacibdir.
Məlumdur ki, Firdovsinin yaradıcılığının akademik tədqiqatları əsasən sovet alimləri tərəfindən aparılıb. İran alimlərindən fərqli olaraq, Sovet tədqiqatları mifoloji materialları tarixi faktlar kimi təqdim etmir. Bundan əlavə, tədqiqatçılar Firdovsinin yaradıcılığı ilə bağlı tarixi mənbələri müqayisə etmiş və etnolinqvistik təhlildən istifadə edərək, onun yaşadığı dövrün coğrafi bölgəsini və xüsusiyyətlərini dəqiq qiymətləndirməyə çalışmışlar.
Bu tədqiqatın məqsədi biblioqrafik materiallara əsaslanaraq Firdovsinin tarixi şəxsiyyətini və əsərinin mübahisəli aspektlərini müəyyən etmək və sistemləşdirməkdir. Tədqiqat həmçinin Firdovsinin yaradıcılığının və Şahnamənin müxtəlif dövrlərdə ədəbi və tarixi qiymətləndirilməsini araşdırır və bu dövrün sosial-mədəni kontekstini təhlil edir.” (http://posthumanism.co.uk/jp/article/view/3954 )
Alimlərimizə bu tədqiqatlarında ugurlar arzu edirik.
21:30 04.02.2026
Oxunuş sayı: 1925