Sumqayıtda cüdo üzrə "İstedadların seçimi" turnirinin I turu keçiriləcək
Fevralın 7-8-də Sumqayıt Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında "İstedadların seçimi" turnirinin I turu keçiriləcək.
Crossmedia.az xəbər verir ki, yarışda 73 klub və idman cəmiyyətindən olan 346 idmançı (300 oğlan, 46 qız) ümumilikdə 14 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
"İstedadların seçimi" turnirinin keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır.
Qeyd edək ki, 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar "Gələcəyin ümidləri" təlim proqramına cəlb olunacaqlar.
18:25 03.02.2026
Oxunuş sayı: 386