Epşteynin Ukrayna gündəmi: səfər marşrutu və Zelenski dövrünə reaksiyası
ABŞ-də 2019-cu ildə həbs edilməzdən bir neçə həftə əvvəl Ceffri Epşteynin Ukraynaya səfər planlaşdırdığı məlum olub. Yazışmalarda “Meksika-Avropa-Ukrayna” marşrutu və iyunun sonunda mümkün səfərin detalları müzakirə edilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Epşteyn Zelenskinin prezident seçilməsindən sonra Ukrayna siyasətinə xüsusi maraq göstərib və əməkdaşlarına ölkədəki siyasi prosesləri diqqətlə izləməyi tapşırıb. O, mesajlarında “Ukrayna siyasəti haqqında oxumağa başlayın: Zelenski, korrupsiya, parlament. Bunu izləməyə başlayın”, - deyə yazıb.
Epşteyn digər yazışmalarında daha kinayəli ifadələr işlədib. O qeyd edib ki, “İndi Ukraynada siyasəti izləmək çox maraqlı olacaq: bütün siyasət komediya şousuna bənzəyir”. Onun sözlərinə görə, ölkədə “mürəkkəb korrupsiya” geniş yayılıb və bu proseslərdə “böyük məbləğlər qazanıldığını” iddia edib.
Məlumatlar Epşteynin Ukraynaya təkcə səfər planlaşdırmaqla kifayətlənmədiyini, həm də 2019-cu ildə ölkədə baş verən siyasi dəyişiklikləri yaxından izlədiyini göstərir.
17:18 01.02.2026
Oxunuş sayı: 488