"Fiorentina" klubunun yeni baş məşqçisi
İtaliyanın "Fiorentina" klubu Roberto De Zerbini baş məşqçi təyin etmək istəyir.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Mütəxəssisin Fransa təmsilçisi "Marsel"dəki taleyi qeyri-müəyyən olaraq qalır.
"Fiorentina" isə bu vəziyyətdən istifadə etmək niyyətindədir. Klubun idman direktoru De Zerbini əsas namizəd hesab edir və onu A Seriyasına qayıtmağa razı salmağa çalışır.
"Marsel"in UEFA Çempionlar Liqasında mübarizəni dayandırmasından sonra mütəxəssis istefa verib, lakin rəhbərlik buna qarşı çıxıb.
"Fiorentina"nın hazırkı baş məşqçisi Paolo Vanolidir. Komanda 23 turdan sonra A Seriyasında 17 xalla 18-ci pillədə qərarlaşıb.
14:25 01.02.2026
Oxunuş sayı: 407