ABŞ hərbi qüvvələri İrana qarşı məhdud zərbələr həyata keçirməyə hazırdır, lakin Prezident Donald Trampın istədiyi miqyasda geniş və qəti hücum planlaşdırılmır. Rəsmi mənbələr yaxın perspektivdə belə bir əməliyyatın gözlənilmədiyini bildirir.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Daha geniş hərbi əməliyyat üçün İsrail və ABŞ maraqlarını qorumaq məqsədilə bölgədə hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi vacib hesab olunur. Bu çərçivədə əlavə “Patriot” və “THAAD” sistemlərinin Yaxın Şərqdəki ABŞ bazalarına yerləşdirilməsi planlaşdırılır.
Hazırkı hərbi-siyasi qiymətləndirmələr göstərir ki, ABŞ-nin İrana qarşı genişmiqyaslı hava zərbələri Tehranın qısa və orta mənzilli ballistik raketlərlə İsrailə və bölgədəki ABŞ obyektlərinə cavab hücumları ilə nəticələnə bilər. Bu risklər fonunda Vaşinqton hələlik daha ehtiyatlı strategiyaya üstünlük verir.