İran Avropa ölkələrinin hərbi attaşelərini ölkədən çıxarmağı gündəmə gətirib
İran Avropa ölkələrinin səfirliklərində fəaliyyət göstərən hərbi attaşelərin ölkədən çıxarılmasını müzakirə edir.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Bu məsələ İran parlamentinin plenar iclasında gündəmə gətirilib. Müzakirələr Avropa ölkələrinin ordularının İran tərəfindən “terror təşkilatları” kimi tanınması fonunda aparılır.
Millət vəkili Əlirza Səlimi çıxışı zamanı bildirib ki, Avropa ölkələrinin orduları qanunla terrorçu təşkilat kimi tanınıb və bu səbəbdən onların İrandakı hərbi nümayəndələrinin fəaliyyəti qəbuledilməzdir.
Onun sözlərinə görə, Avropa səfirliklərində çalışan hərbi attaşelər dərhal ölkədən çıxarılmalıdır. Səlimi əlavə edib ki, ölkə ərazisində terrorçuların pənahlandırılması qanuna ziddir və İran Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı təxirəsalınmaz tədbirlər görməlidir.
İran rəsmiləri mövzu ilə bağlı hələlik rəsmi qərarın verilib-verilmədiyini açıqlamayıblar.
16:09 01.02.2026
Oxunuş sayı: 479