Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl göndərilib
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl yüklü vaqonlar yola salınıb
Crossmedia.az APA-ya istinadən xəbər verir ki, bu gün Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə ümumi çəkisi 1746 ton olan 25 ədəd taxıl yüklü vaqon Ermənistan Respublikasına göndərilib.
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu ( 19 900 tona yaxın) taxıl göndərilib.
15:45 01.02.2026
Oxunuş sayı: 419