Diplomatik jest: Əl Nəhyan Putinin bağışladığı pencəklə görüşə gəldi
Moskvaya rəsmi səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Rusiyalı həmkarı Vladimir Putinlə görüşündə əvvəllər ona hədiyyə edilmiş gödəkçəni geyinmişdi .
Crossmedia.az xəbər verir ki, bu barədə jurnalist Pavel Zarubin məlumat verib.
Rusiya liderinin 2022-ci ilin oktyabr ayında Əl-Nəhyanın Rusiyaya ilk səfəri zamanı pencəyini çiyinlərinə saldığı dəqiqləşdirilib.
"Vladimir Putin BƏƏ prezidentini yola salarkən zarafatla Sankt-Peterburqda hava çox soyuq olduğundan ona verdiyi pencəyin necə olduğunu soruşdu. BƏƏ prezidenti cavabında həmin pencəyi geyindiyini bildirdi", - deyə o, Telegram kanalında yazıb.
23:16 29.01.2026
Oxunuş sayı: 483