Böyük Qayıdışın qarşısındakı əsas maneə: Mina terroru
Otuz ilə yaxın davam edən işğalın və sonrakı müharibələrin ağır mirası olan mina təhlükəsi bu gün Azərbaycanın qarşısında duran ən ciddi humanitar, ekoloji və təhlükəsizlik problemlərindən biri olaraq qalır. Azad edilmiş ərazilərdə basdırılmış minalar təkcə insan həyatına və fiziki təhlükəsizliyə deyil, eyni zamanda torpaq ehtiyatlarına, biomüxtəlifliyə, su mənbələrinə, kənd təsərrüfatına və maddi-mənəvi irsə uzunmüddətli zərər vurur. Partlayıcı qalıqların yaratdığı risklər bölgədə bərpa və quruculuq prosesini ləngidir, əhalinin doğma torpaqlarına təhlükəsiz qayıdışını çətinləşdirir və ekosistemin təbii balansını pozur.
Məhz bu reallıqlar fonunda mina təhlükəsizliyi məsələsinin yalnız hərbi-texniki problem kimi deyil, geniş ictimai, ekoloji və sosial aspektlərdən müzakirəyə çıxarılması zərurəti aktuallaşır.
Bu baxımdan, mina probleminə dair vahid konsepsiyanın hazırlanması, məsul qurumlar arasında koordinasiyanın gücləndirilməsi və il ərzində ictimai dinləmə formatında geniş müzakirələrin aparılması həm cəmiyyətin məlumatlandırılması, həm də davamlı və təhlükəsiz bərpa prosesinin təmin olunması baxımından mühüm addım kimi qiymətləndirilir.
Crossmedia.az məsələ ilə bağlı araşdırma aparıb...
Milli Məclisin deputatı Vüqar İsgəndərov: "Azərbaycan dünyada ən çox mina ilə çirklənmiş ölkələr sırasında ön yerlərdən birini tutur. Təəssüflər olsun ki, torpaqlarımızın 28 il işğal altında qaldığı dövrdə düşmən tərəfindən ölkəmizin bir çox sahələrinə milyardlarla dollar məbləğində ziyan vurulub. Bu zərər təkcə iqtisadi itkilərlə məhdudlaşmayıb, eyni zamanda insan itkiləri, ekoloji fəlakətlər, ekosid halları, tarixi-mədəni abidələrin, milli-mənəvi dəyərlərin məqsədli şəkildə dağıdılması ilə müşayiət olunub. Mülki əhaliyə qarşı törədilən kütləvi qətllər isə faktiki olaraq soyqırımı xarakteri daşıyıb.

Azərbaycan Ordusunun qələbəsinin qaçılmaz olduğunu anlayan düşmən qüvvələr geri çəkilərkən işğal olunmuş əraziləri kütləvi şəkildə minalarla çirkləndiriblər. Hazırda həmin ərazilər Azərbaycan dövləti tərəfindən öz daxili resursları hesabına mərhələli şəkildə minalardan təmizlənir.
Postmüharibə dövründə Azərbaycan dövləti və xalqı Qarabağ və Şərqi Zəngəzurda azad edilmiş torpaqları yenidən dirçəltmək, bu bölgələri abad və təhlükəsiz yaşayış məkanlarına çevirmək istiqamətində genişmiqyaslı işlər görür. Dövlət suverenliyi tam bərpa edildikdən sonra bölgədə quruculuq, bərpa və infrastruktur layihələri həyata keçirilir. Lakin bu prosesin qarşısında duran əsas və ən ciddi maneə mina təhlükəsidir".
Deputat əlavə edib ki, hər hansı bir ərazinin yaşayış və təsərrüfat fəaliyyəti üçün yararlı hala gətirilməsi ilk növbədə onun tam təhlükəsiz zonaya çevrilməsini tələb edir: "Bu isə minaların təmizlənməsi deməkdir. Mina təmizləmə prosesi həm uzun zaman tələb edən, həm də böyük maliyyə və texniki resurslar tələb edən son dərəcə mürəkkəb bir prosesdir.
Prezidentin rəhbərliyi altında Vətən müharibəsində və birgünlük antiterror əməliyyatlarında qazanılan tarixi Qələbə bu gün postmüharibə dövründə irimiqyaslı bərpa və inkişaf layihələrinə transformasiya olunub. Bununla belə, azad edilmiş torpaqların minalardan tam təmizlənməsi onilliklər davam edə biləcək çətin və mərhələli bir prosesdir. Beynəlxalq səviyyədə göstərilən dəstək isə əsasən simvolik xarakter daşıyır və Azərbaycan bu problemi əsasən öz gücü və imkanları hesabına həll edir.
Bu baxımdan Milli Məclisdə mina təhlükəsi ilə bağlı ictimai dinləmələrin keçirilməsi mühüm əhəmiyyət daşıyır. Mina problemi yalnız insan həyatı üçün fiziki təhlükə yaratmır, eyni zamanda ekoloji tarazlığı pozur, torpaq və su ehtiyatlarına, flora və faunaya ciddi zərər vurur.
Parlamentdə formalaşmış müsbət ənənəyə uyğun olaraq, bu cür ictimai dinləmələrdə təkcə deputatların deyil, həm də sahə üzrə ixtisaslaşmış mütəxəssislərin, alimlərin, praktiki fəaliyyət göstərən peşəkarların iştirakı təmin olunur. Bu isə problemin daha dərindən təhlilinə, real və effektiv qərarların qəbuluna şərait yaradır.
Mina təmizləmə sahəsində qarşıda duran vəzifələrin, perspektiv planların və görüləcək işlərin geniş müzakirəsi gələcəkdə daha sistemli və nəticəyönümlü addımların atılmasına imkan verə bilər. Milli Məclisin bu istiqamətdə fəallığı ölkə başçısının müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasına parlament dəstəyinin bariz nümunəsi kimi dəyərləndirilə bilər.
Bu proseslərin davamlı və ardıcıl şəkildə həyata keçiriləcəyinə isə heç bir şübhə yoxdur".
Milli Məclisin deputatı Arzuxan Əlizadə: "Azərbaycan əraziləri təxminən otuz il işğal altında qaldığı dövrdə, həm cəbhənin təmas xətti boyunca, həm də İkinci Qarabağ müharibəsindən sonra təəssüflər olsun ki, "Rusiya sülhməramlı qüvvələri"nin məsuliyyət dairəsində yerləşən ərazilər də daxil olmaqla, Azərbaycan torpaqlarında genişmiqyaslı mina basdırılması və ərazilərin minalarla çirkləndirilməsi prosesi aparılıb. İkinci Qarabağ müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbədən sonra isə Azərbaycan bu ərazilərin minalardan təmizlənməsi istiqamətində ciddi və sistemli fəaliyyətə başlayıb.

Bu fəaliyyətin əsas icraçısı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi – ANAMA-dır. Təəssüflər olsun ki, son beş il ərzində bu proses itkisiz ötüşməyib və bu faktlar artıq ictimaiyyətə açıqlanıb. 2020-ci ilin noyabr ayından bu günə qədər ümumilikdə 417 nəfər mina qurbanına çevrilib. Onlardan 71 nəfəri həlak olub, 346 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Minalar yalnız insan sağlamlığına deyil, eyni zamanda ətraf mühitə və ekoloji sistemə də son dərəcə ciddi zərər vurur.
Bu gün də ANAMA-nın əməkdaşları böyük fədakarlıqla işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinə cəlb olunub və fəaliyyətlərini davam etdirirlər. Bununla yanaşı, Azərbaycan və Ermənistan arasında kommunikasiya yarandıqdan sonra belə, Ermənistan tərəfi mina xəritələrinin tam və dəqiq miqyasını Azərbaycan tərəfinə təqdim etməyib. Təqdim olunan xəritələrin doğruluq dərəcəsi cəmi 20–25 faiz civarındadır. Bir çox hallarda erməni tərəfi minaların pərakəndə və plansız şəkildə basdırıldığı da məlumdur ki, bu, mahiyyət etibarilə beynəlxalq humanitar hüquqa zidd olan ağır müharibə cinayətidir. Xüsusilə piyada əleyhinə, tank əleyhinə və digər növ minalardan istifadə etməklə Azərbaycan ərazilərinin çirkləndirilməsi beynəlxalq müharibə cinayəti hesab olunur".
Deputat əlavə edib ki, hətta məlumatlar mövcuddur ki, İkinci Qarabağ müharibəsindən sonra belə, "Rusiya sülhməramlıları"nın birbaşa iştirakı və onların məsuliyyət zonasında yerləşən ərazilərə Ermənistandan bir milyondan artıq mina gətirilərək basdırılıb: "Bu minaların istehsal tarixlərinin 2021-ci il və sonrakı illəri əhatə etməsi faktı isə bu məsələnin nə qədər ciddi olduğunu bir daha təsdiqləyir. Təbii ki, mina təhlükəsi ilə bağlı maarifləndirmə işləri aparılır və bu işlər davam etdirilməlidir. Ərazilərin tam şəkildə minalardan təmizlənməsi üçün böyük maliyyə vəsaiti və uzun illər tələb olunacaq. Bu sahədə Azərbaycana dost ölkələr tərəfindən müəyyən dəstək göstərilib, mina təmizləmə üçün texnika, qurğular və avadanlıqlar gətirilib. Lakin prosesin əsas yükü Azərbaycan dövlətinin öz maliyyə imkanları hesabına həyata keçirilir və minatəmizləmə fəaliyyəti hazırda da davam edir.
Milli Məclisdə mina təhlükəsi ilə bağlı icmalı dinləmələrin keçirilməsi nəzərdə tutulub və hesab edirəm ki, bu məsələ daim diqqət mərkəzində saxlanılmalıdır. Eyni zamanda, bu mövzu yalnız ölkə daxilində maarifləndirmə ilə məhdudlaşmamalıdır. Ermənistanın işğal dövründə törətdiyi vəhşiliklər, müharibə cinayətləri ilə yanaşı, Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi faktları da beynəlxalq ictimaiyyətin diqqətinə faktlarla çatdırılmalıdır. Bu faktlar artıq ortadadır və görülən işlər göz qabağındadır.
Bu fəaliyyətin beynəlxalq ictimaiyyətə çatdırılması gələcəkdə bağlanması gözlənilən sülh müqaviləsinə təsir etmək məqsədi daşımır. Bu, bütün dünyaya ünvanlanan açıq mesajdır ki, bu cür müharibə və insanlıq əleyhinə cinayətlərə bundan sonra yol verilməsin. Eyni zamanda, bu cinayətlərə yol vermiş Ermənistanın əvvəlki siyasi və hərbi rəhbərliyində təmsil olunan şəxslər beynəlxalq məsuliyyətə cəlb edilməli və ən azı beynəlxalq ictimaiyyətin ciddi qınağını hiss etməlidirlər.
Ərazilərin minalardan təmizlənməsi son dərəcə vacibdir. Bu, həm təhlükəsizlik, həm ekoloji baxımdan zəruridir, həm də vaxtilə öz dədə-baba yurdlarından didərgin düşmüş bacı-qardaşlarımızın geri qayıtması, həmin ərazilərdə məskunlaşması, infrastrukturun bərpası üçün ilkin və əsas şərtdir. Biz dəfələrlə minatəmizləmə prosesini əyani şəkildə müşahidə etmişik. İşğaldan azad edilmiş ərazilərə səfərlər zamanı bu prosesin nə qədər təhlükəli və məsuliyyətli olduğunu bir daha görmüşük. ANAMA əməkdaşları bu ağır və riskli vəzifəni böyük fədakarlıqla yerinə yetirirlər.
Lakin bütün maarifləndirmə tədbirlərinə baxmayaraq, mina qurbanlarının sayı artıq 400 nəfəri ötüb və təəssüflər olsun ki, insan itkisi ilə nəticələnən hallar da kifayət qədər çoxdur. Məhz buna görə bu sahədə icmalı dinləmələrin keçirilməsi, maarifləndirmə işlərinin gücləndirilməsi, daha çox texnikanın cəlb edilməsi və digər ölkələrin bu prosesdə iştirakının təmin olunması baxımından məsələlərin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə ictimailəşdirilməsi olduqca vacibdir".
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri, XTQ qazisi Bəhruz Məmmədzadə: "Mina problemi təkcə hərbi deyil, humanitar faciədir. Minalar bir anda insanın həyatını əlindən alır, sağ qalanları isə ömürlük əlilliyə məhkum edir. Ən ağrılı məqam odur ki, qurbanların böyük əksəriyyəti mülki şəxslərdir – kənd sakinləri, fermerlər, uşaqlar, bəzən sadəcə öz evinə qayıdan insanlar. Fiziki xəsarətlərlə yanaşı, psixoloji travmalar, ailələrin sosial vəziyyətinin ağırlaşması, uzunmüddətli müalicə və reabilitasiya ehtiyacı yaranır. Bu, təkcə bir insanın deyil, bütöv bir ailənin həyatını dəyişir.

Mina qorxusu insanların davranışlarını kökündən dəyişir. İnsan öz torpağına qayıtmaq istəsə də, minanın yaratdığı psixoloji qorxu səbəbindən həmin torpağa ayaq basa bilmir, əkin-biçinlə məşğul ola bilmir. Uşaq məktəbə gedərkən valideyn daim nigaran qalır. Bu qorxu məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngidir, bölgələrin bərpasına ciddi maneə yaradır. Yəni mina təkcə bir neçə şəxsin həlak olması deyil, ümumilikdə inkişafın qarşısında görünməz səddir.
Hesab edirəm ki, bu məsələ ilə bağlı cəmiyyətdə ciddi maarifləndirmə aparılmalıdır, çünki problem hələ kifayət qədər dərk olunmur. Mina ilə çirklənmiş torpaqlar illərlə istifadəsiz qalır. Partlayışlar zamanı torpağın strukturu pozulur, tərkibində metal və kimyəvi qalıqlar qalır. Nəticədə kənd təsərrüfatı üçün yararlı sahələr sıradan çıxır, su ehtiyatlarına risk yaranır, ekosistem zərər görür. Mina təmizlənməsi əslində həm də ekoloji reabilitasiya prosesidir. Azərbaycan bu sahədə ciddi səylər göstərir"
B.Məmmədzadə bildirib ki, ANAMA və digər qurumlar tərəfindən minlərlə hektar ərazi təmizlənib, on minlərlə mina və partlamamış hərbi sursat zərərsizləşdirilib: "Müasir texnologiyalar, o cümlədən robotlaşdırılmış avadanlıqlar tətbiq olunur. Lakin problem çox böyükdür – çirklənmiş ərazilər genişdir və bəzi sahələr üzrə dəqiq mina xəritələrinin olmaması işi xeyli çətinləşdirir.
Mina xəritələrinin tam və dəqiq təqdim edilməsi üçün beynəlxalq təzyiq və hüquqi mexanizmlər gücləndirilməlidir. Hesab edirəm ki, qayıdış prosesini daha da sürətləndirmək və ərazilərin təmizlənməsini intensivləşdirmək üçün beynəlxalq maliyyə və texniki dəstək artırılmalıdır. Bu, təkcə Azərbaycanın deyil, beynəlxalq ictimaiyyətin humanitar məsuliyyətidir.
Təmizlənmiş ərazilərdə ekoloji bərpa proqramları paralel şəkildə həyata keçirilməlidir. Mina təhlükəsi ilə bağlı maarifləndirmə xüsusilə uşaqlar və kənd icmaları üçün genişləndirilməlidir.
Bu proses qısa müddətli deyil. Söhbət illərdən, bəlkə də onilliklərdən gedir. Amma əsas məqsəd təkcə “tam təmizləmə tarixi” deyil. Əsas odur ki, risklər minimuma endirilsin, insanların təhlükəsiz qayıdışı təmin edilsin və torpaqlar mərhələli şəkildə iqtisadi dövriyyəyə qaytarılsın. Sistemli yanaşma və davamlı beynəlxalq dəstək olarsa, bu yol daha sürətli və daha az itki ilə keçilə bilər.
Düşünürəm ki, mina problemi keçmiş müharibənin bu günə daşınan ən ağır mirasıdır. Bu, yalnız təhlükəsizlik məsələsi deyil, eyni zamanda insan hüquqları, sosial ədalət və ekoloji məsuliyyət məsələsidir. Ona görə də bu mövzunun Milli Məclis səviyyəsində müzakirəyə çıxarılması son dərəcə vacib və vaxtında atılmış addımdır".
Politoloq Məhəmməd Cəbrayılov: "Mina problemi son dərəcə ciddi və dərin təsirlərə malik bir problemdir. Çünki minalar müharibə bitdikdən sonra da “yaşamağa” davam edir və səssiz, amma ölümcül bir müharibə aləti kimi fəaliyyət göstərir. Onların fəsadları təkcə bir insanın həyatı ilə məhdudlaşmır. Qarabağ ərazisində geniş miqyasda minaların basdırılması bu təhlükəni daha da böyüdür. Mina təmizləmə prosesi uzunmüddətli və mürəkkəb bir prosesdir.

Aydındır ki, mina təhlükəsi müharibə başa çatdıqdan sonra mülki əhali üçün daha böyük risk yaradır. Mina partlayışları uşaqları, qadınları, yaşlıları – cavan-qoca demədən hər kəsi hədəf alır. Bu baxımdan mina təhlükəsi cəmiyyətin bütün təbəqələri üçün ciddi problemdir. Üstəlik, mina partlayışları təkcə ölümlə nəticələnmir; çox zaman amputasiyalar, görmə və eşitmə itkiləri kimi ağır fiziki fəsadlara səbəb olur. Bununla yanaşı, elmi dildə post-travmatik stress sindromu adlandırılan psixoloji problemlər də geniş yayılır.
Digər tərəfdən, mina təhlükəsi insanların doğma torpaqlarına qayıtmaq məsələsində ciddi tərəddüdlər yaradır. Düzdür, Azərbaycan dövləti Böyük Qayıdış proqramı çərçivəsində minalardan təmizləmə işlərini mərhələli şəkildə həyata keçirir. Bu proses nə qədər çətin və maliyyə baxımından ağır olsa da, dövlət tərəfindən ardıcıl addımlar atılır. Buna baxmayaraq, mina təhlükəsi səbəbindən əkin sahələrinin yararsız qalması, turizm marşrutlarının risk altında olması kimi problemlər də meydana çıxır".
M.Cəbrayılov həmçinin qeyd edib ki, əslində, mina problemi təkcə fiziki deyil, eyni zamanda psixoloji bir “yaddaş zədəsi” yaradır: "Daimi təhlükə hissi insanlarda qorxu mühiti formalaşdırır, onların torpaqla, məkanla və gələcəklə bağlı bağlarına ciddi təsir göstərir. İnsanlar həmin ərazilərdə yaşamaq, əkin aparmaq, sərbəst hərəkət etmək məsələsində psixoloji çəkinmə hissi keçirirlər.
Minaların ətraf mühitə və ekologiyaya vurduğu ziyan da ayrıca qeyd olunmalıdır. Partlayıcı maddələrin kimyəvi qalıqları torpağın tərkibinə yayılaraq uzunmüddətli ekoloji problemlər yaradır. Bu vəziyyət meşə ekosistemlərinə, vəhşi heyvanlara, quşlara və ümumilikdə biomüxtəlifliyə mənfi təsir göstərir. Ekoloji balans pozulur və təbiətin özünü bərpa etmə prosesi ləngiyir.
Bu problemin həlli üçün texniki və institusional addımların atılması vacibdir. Dronlardan, süni intellektdən, sensor sistemlərindən istifadə mina təmizləmə əməliyyatlarının effektivliyini artırır. Artıq beynəlxalq təcrübədə süni intellekt texnologiyalarının minaların yerinin müəyyənləşdirilməsi və təmizlənməsi prosesində uğurla tətbiq edildiyi nümunələr mövcuddur. Bu texnologiyalar həm insan itkisini azaldır, həm də əməliyyatların sürətini artırır.
Bununla yanaşı, hüquqi müstəvidə də addımlar atılmalıdır. Ermənistanın beynəlxalq məsuliyyətə cəlb edilməsi, saxta və qeyri-dəqiq mina xəritələrinin təqdim olunmasına görə hüquqi qiymətin verilməsi vacibdir. Bu xəritələr minalı ərazilərin dəqiq müəyyənləşdirilməsində Azərbaycana ciddi çətinliklər yaradıb və bu addımların məqsədli şəkildə atıldığı ehtimalı da istisna edilmir. Mina terrorunun beynəlxalq səviyyədə tanınması istiqamətində təşəbbüslər gücləndirilməlidir.
Maarifləndirmə tədbirləri də xüsusi əhəmiyyət daşıyır. Orta məktəblərdə uşaqlar üçün mina təhlükəsi ilə bağlı layihələrin həyata keçirilməsi, riskli ərazilərdən uzaq durmağın öyrədilməsi, mina ilə qarşılaşdıqda hansı addımların atılmalı olduğu barədə məlumatlandırma mühüm rol oynayır. Bu sahədə beynəlxalq təcrübədən faydalanmaq mümkündür.
Azərbaycanın mina bəlasından nə vaxt tam qurtula biləcəyinə gəlincə, bu, minalı ərazilərin çirklənmə səviyyəsindən, beynəlxalq dəstəyin həcminin nə qədər olacağından və Ermənistan tərəfindən tam, dəqiq mina xəritələrinin təqdim edilib-edilməyəcəyindən birbaşa asılıdır. Ən optimist halda belə, bu prosesin on ildən iyirmi ilə qədər davam edə biləcəyi ehtimal olunur. Bundan əlavə, Qarabağ regionunun dağlıq relyefi texniki baxımdan əlavə çətinliklər yaradır. Məhz bu səbəbdən süni intellekt və yeni texnologiyaların tətbiqi prosesi müəyyən qədər sürətləndirə bilər.
Ümumilikdə, mina problemi Azərbaycan üçün təkcə təhlükəsizlik deyil, sosial, psixoloji, iqtisadi və ekoloji ölçüləri olan çoxşaxəli bir bəladır və bu problemin həlli kompleks yanaşma tələb edir".
Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyinin sədri Rey Kərimoğlu: "Bildiyiniz kimi, Azərbaycan bu gün mina bəlası ilə üz-üzədir və demək olar ki, bu problemlə təkbaşına mübarizə aparır. Dünya ictimaiyyətinin Azərbaycana bu sahədə verdiyi dəstək ya yoxdur, ya da olduqca cüzidir. Torpaqlarımızı işğal edən erməni qüvvələri ordumuz tərəfindən qovulsa da, yeraltı işğalçılar – minalar hələ də qalmaqdadır. Bu “yeraltı düşmənlərin” təmizlənməsi isə uzun zaman və eyni zamanda çox böyük maliyyə vəsaiti tələb edir. Məhz buna görə mina təmizləmə prosesi son dərəcə çətin və mürəkkəb bir mərhələdir.

Mina təmizləmə işi bir neçə vacib istiqaməti əhatə edir: minaların yerlərinin müəyyənləşdirilməsi, onların zərərsizləşdirilməsi, əhali arasında maarifləndirmə tədbirlərinin aparılması, həmçinin minadan zərər çəkmiş şəxslərlə iş. Bu istiqamətlərin hər biri ayrıca diqqət və sistemli yanaşma tələb edən mühüm sahələrdir.
Məsələnin Milli Məclisdə müzakirə olunması müsbət haldır və bu müzakirələrin aparılması uzun müddətdir arzulanan bir məsələ idi. Mina təmizləmə və minadan zərər çəkənlərlə bağlı müəyyən qanunvericilik aktları mövcuddur. Lakin bu qanunlarda mina təmizləmə fəaliyyəti zamanı həlak olanların, yaralananların və zərər çəkənlərin sosial müdafiəsi ilə bağlı daha aydın və geniş müddəaların yer almasına ciddi ehtiyac var. Onların sosial problemlərinin dövlət tərəfindən daha güclü şəkildə dəstəklənməsi son dərəcə vacibdir. Qanunvericilikdə müəyyən müddəalar olsa da, bu sahənin daha da təkmilləşdirilməsi zəruridir.
Unutmaq olmaz ki, erməni işğalı Azərbaycan xalqına 30 il ərzində böyük bir bəla yaşatdı. Bir milyondan artıq insan öz doğma yurdundan didərgin düşdü, saysız-hesabsız əzablar, itkilər yaşandı. Şəhidlərimizin ruhu şad olsun! Neçə-neçə qəhrəman övladımızı itirdik. Qazilərimizin canı sağ olsun – bu gün minlərlə qazimiz var. Mina problemi yalnız Azərbaycan dövlətinin üzərində qalmamalıdır. Beynəlxalq ictimaiyyət və böyük dövlətlər bu məsələdə Azərbaycana ciddi maddi və texniki dəstək göstərməlidir.
Hazırda ölkəmizdə mina təmizləmə işləri əsasən ANAMA-nın rəhbərliyi ilə həyata keçirilir. Bununla yanaşı, Silahlı Qüvvələr də müxtəlif istiqamətlərdə mina təmizləmə əməliyyatları aparır. Lakin əsas yük və məsuliyyət ANAMA-nın üzərinə düşür. ANAMA peşəkar kollektivi, təcrübəli komandası ilə bu sahədə böyük işlər görür. Onların fəaliyyəti təqdirəlayiqdir. Bu qurumun əməkdaşlarının sosial təminatının gücləndirilməsi və fəaliyyətlərinə əlavə dəstəyin göstərilməsi mina təhlükəsi ilə mübarizədə daha effektiv nəticələr verə bilər".
Polotoloq Məhəmməd Cəbrayılov: "Mina problemi son dərəcə ciddi və dərin təsirlərə malik bir problemdir. Çünki minalar müharibə bitdikdən sonra da “yaşamağa” davam edir və səssiz, amma ölümcül bir müharibə aləti kimi fəaliyyət göstərir. Onların fəsadları təkcə bir insanın həyatı ilə məhdudlaşmır. Qarabağ ərazisində geniş miqyasda minaların basdırılması bu təhlükəni daha da böyüdür. Mina təmizləmə prosesi uzunmüddətli və mürəkkəb bir prosesdir.
Aydındır ki, mina təhlükəsi müharibə başa çatdıqdan sonra mülki əhali üçün daha böyük risk yaradır. Mina partlayışları uşaqları, qadınları, yaşlıları – cavan-qoca demədən hər kəsi hədəf alır. Bu baxımdan mina təhlükəsi cəmiyyətin bütün təbəqələri üçün ciddi problemdir. Üstəlik, mina partlayışları təkcə ölümlə nəticələnmir; çox zaman amputasiyalar, görmə və eşitmə itkiləri kimi ağır fiziki fəsadlara səbəb olur. Bununla yanaşı, elmi dildə post-travmatik stress sindromu adlandırılan psixoloji problemlər də geniş yayılır.
Digər tərəfdən, mina təhlükəsi insanların doğma torpaqlarına qayıtmaq məsələsində ciddi tərəddüdlər yaradır. Düzdür, Azərbaycan dövləti Böyük Qayıdış proqramı çərçivəsində minalardan təmizləmə işlərini mərhələli şəkildə həyata keçirir. Bu proses nə qədər çətin və maliyyə baxımından ağır olsa da, dövlət tərəfindən ardıcıl addımlar atılır. Buna baxmayaraq, mina təhlükəsi səbəbindən əkin sahələrinin yararsız qalması, turizm marşrutlarının risk altında olması kimi problemlər də meydana çıxır".
M.Cəbrayılov həmçinin qeyd edib ki, əslində, mina problemi təkcə fiziki deyil, eyni zamanda psixoloji bir “yaddaş zədəsi” yaradır: "Daimi təhlükə hissi insanlarda qorxu mühiti formalaşdırır, onların torpaqla, məkanla və gələcəklə bağlı bağlarına ciddi təsir göstərir. İnsanlar həmin ərazilərdə yaşamaq, əkin aparmaq, sərbəst hərəkət etmək məsələsində psixoloji çəkinmə hissi keçirirlər.
Minaların ətraf mühitə və ekologiyaya vurduğu ziyan da ayrıca qeyd olunmalıdır. Partlayıcı maddələrin kimyəvi qalıqları torpağın tərkibinə yayılaraq uzunmüddətli ekoloji problemlər yaradır. Bu vəziyyət meşə ekosistemlərinə, vəhşi heyvanlara, quşlara və ümumilikdə biomüxtəlifliyə mənfi təsir göstərir. Ekoloji balans pozulur və təbiətin özünü bərpa etmə prosesi ləngiyir.
Bu problemin həlli üçün texniki və institusional addımların atılması vacibdir. Dronlardan, süni intellektdən, sensor sistemlərindən istifadə mina təmizləmə əməliyyatlarının effektivliyini artırır. Artıq beynəlxalq təcrübədə süni intellekt texnologiyalarının minaların yerinin müəyyənləşdirilməsi və təmizlənməsi prosesində uğurla tətbiq edildiyi nümunələr mövcuddur. Bu texnologiyalar həm insan itkisini azaldır, həm də əməliyyatların sürətini artırır.
Bununla yanaşı, hüquqi müstəvidə də addımlar atılmalıdır. Ermənistanın beynəlxalq məsuliyyətə cəlb edilməsi, saxta və qeyri-dəqiq mina xəritələrinin təqdim olunmasına görə hüquqi qiymətin verilməsi vacibdir. Bu xəritələr minalı ərazilərin dəqiq müəyyənləşdirilməsində Azərbaycana ciddi çətinliklər yaradıb və bu addımların məqsədli şəkildə atıldığı ehtimalı da istisna edilmir. Mina terrorunun beynəlxalq səviyyədə tanınması istiqamətində təşəbbüslər gücləndirilməlidir.
Maarifləndirmə tədbirləri də xüsusi əhəmiyyət daşıyır. Orta məktəblərdə uşaqlar üçün mina təhlükəsi ilə bağlı layihələrin həyata keçirilməsi, riskli ərazilərdən uzaq durmağın öyrədilməsi, mina ilə qarşılaşdıqda hansı addımların atılmalı olduğu barədə məlumatlandırma mühüm rol oynayır. Bu sahədə beynəlxalq təcrübədən faydalanmaq mümkündür.
Azərbaycanın mina bəlasından nə vaxt tam qurtula biləcəyinə gəlincə, bu, minalı ərazilərin çirklənmə səviyyəsindən, beynəlxalq dəstəyin həcminin nə qədər olacağından və Ermənistan tərəfindən tam, dəqiq mina xəritələrinin təqdim edilib-edilməyəcəyindən birbaşa asılıdır. Ən optimist halda belə, bu prosesin on ildən iyirmi ilə qədər davam edə biləcəyi ehtimal olunur. Bundan əlavə, Qarabağ regionunun dağlıq relyefi texniki baxımdan əlavə çətinliklər yaradır. Məhz bu səbəbdən süni intellekt və yeni texnologiyaların tətbiqi prosesi müəyyən qədər sürətləndirə bilər.
Ümumilikdə, mina problemi Azərbaycan üçün təkcə təhlükəsizlik deyil, sosial, psixoloji, iqtisadi və ekoloji ölçüləri olan çoxşaxəli bir bəladır və bu problemin həlli kompleks yanaşma tələb edir".
Ayhan
19:32 29.01.2026
Oxunuş sayı: 1598