Rusiyaya ixrac məhdudiyyətləri ÜDM-i 2% azaldıla bilər
Ermənistan Mərkəzi Bankı Rusiyaya Ermənistan məhsullarının ixracına tətbiq edilən məhdudiyyətlərin ölkə iqtisadiyyatına təsiri ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən cəbər verir.
Bankın rəhbəri Martın Qalstyan bildirib ki, ən pis ssenari reallaşarsa, bu məhdudiyyətlər Ermənistanın ümumi daxili məhsulunun (ÜDM) təxminən 2% azalmasına səbəb ola bilər.
Onun sözlərinə görə, məhdudiyyətlərə düşən məhsullar ölkə ÜDM-nin təxminən 2%-ni təşkil edir. Qalstyan əlavə edib ki, bu cür vəziyyət yalnız məhdudiyyətlərin uzun müddət davam etməsi və erməni istehsalçıların alternativ satış bazarları tapa bilməməsi halında mümkündür.
21:16 16.06.2026
Oxunuş sayı: 44