Paşinyan: Ermənistan–Azərbaycan sülhü fonunda pensiyalar artırılır
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə pensiyaların artırılacağını elan edib və bunu Ermənistan–Azərbaycan münasibətlərində sülh prosesinin nəticələri ilə əlaqələndirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında münaqişə artıq başa çatıb.
“2026-cı il seçkilərinin nəticələrinə görə, Ermənistan xalqı sülhün müdafiəsinə qalxdı”, – deyə o qeyd edib.
Baş nazirin sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması ölkədə iqtisadi inkişafa yeni təkan verib.
“İnsanlar gündəlik həyatlarında iqtisadi artımı görməlidirlər. Buna görə də Ermənistanda pensiyaların artırılması barədə qərar qəbul etdim”, – deyə Paşinyan vurğulayıb.
21:08 16.06.2026
Oxunuş sayı: 55