İsveçrə ABŞ–İran görüşünə ev sahibliyi edəcək
İsveçrə rəsmiləri ABŞ və İran arasında kritik görüşün keçiriləcəyi məkanı açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məlumata görə, danışıqlar və mümkün Anlaşma Memorandumunun imzalanması İsveçrənin Bürgenştok bölgəsində baş tutacaq.
İsveçrə Konfederasiyasının Xarici İşlər Nazirliyinin nümayəndəsi Pyer-Alen Elçinqer bildirib ki, son günlərdə nazirlik ABŞ, İran, Pakistan və Qətər ilə sıx diplomatik təmaslar aparıb.
Onun sözlərinə görə, hazırda sənədin iyunun 19-da Bürgenştokda imzalanması planlaşdırılır. Rəsmi qeyd edib ki, görüşün yeri tərəflərin və vasitəçi ölkələrin – Pakistan və Qətərin razılığı ilə müəyyən olunub.
İsveçrə tərəfi bu danışıqlarda ev sahibi qismində çıxış edərək, görüş üçün zəruri diplomatik və təşkilati şəraiti təmin edəcəyini bildirib.
23:23 16.06.2026
Oxunuş sayı: 51